x

Onlayn odəniş

İCBARİ NƏQLİYYAT SIĞORTASINI ONLAYN ƏLDƏ ET

İCBARİ NƏQLİYYAT SIĞORTASI ONLAYN ÖDƏNİŞ

İCBARİ SIĞORTA BÜROSU

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

 Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

Mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri:

  • Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
  • Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
  • Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;
  • Motosiklеtlər və motorollerlər;
  • Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri

Trollеybuslar və tramvaylar.

 Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqları

Avtonəqliyyat vasitəsinin növüSığorta haqqı (AZN)
Fiziki şəxs üçünHüquqi şəxs üçünXarici ölkədə qeydiyyata alınmış və Azərbaycan   Respublikasına tranzit məqsədilə daxil olan
  avtonəqliyyat vasitələrinə görə (bir aylıq)
Fiziki şəxs üçünHüquqi şəxs üçün
1Minik avtomobillərinin və   onların bazasında istehsali edilmiş   digər avtonəqliyyat vasitələri – mühərriklərinin   həcminə görə    
 - 50 sm3 – 1500 sm3506012.515
 - 1501 sm3 – 2000 sm3759018.7522.5
 - 2001 sm3 – 2500 sm31001202530
 - 2501 sm3 – 3000 sm312515031.2537.5
 - 3001 sm3 – 3500 sm315018037.545
 - 3501 sm3 – 4000 sm317521043.7552.5
 - 4001 sm3 – 4500 sm32002405060
 - 4501 sm3 – 5000 sm322527056.2567.5
 - 5000 sm3 – dən çox25030062.575
2Avtobuslar, mikroavtobuslar və onların   bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin   sayına görə    
 9 – 1615018037.545
 16 – dan artıq2002405060
3Yük avtomobilləri və onların bazasında   istehsal edilmiş digər avtonəqliyyat   vasitələri – icazə verilən maksimum   kütləsinə görə    
 3500 kq-dan çox olmadıqda15018037.545
 3501 kq – 7 000 kq2002405060
 7000 kq – dan yuxarı25030062.575
4Motosikletlər və motorollerlər506012.515
5Qoşqular və yarımqoşqular25306.257.5
6Traktorlar, yol-tikinti işlərində, meşə və kənd   təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələr506012.515
7Trolleybuslar və tramvaylar100120  

 

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri

  • Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə - 5 000 (beş min)
  • Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5 000 (beş min)
  • Bir hadisə üzrə - 50 000 (əlli min)