x

Onlayn odəniş

İCBARİ SIĞORTA BÜROSU

Fərdi qəza (bədbəxt hadisələrdən) sığortası

Fərdi qəza (bədbəxt hadisələrdən) sığortası

Gündəlik həyatda hər birimiz sağlamlığımıza təsir edəcək hadisələrlə üzləşə bilərik. Fərdi qəza (bədbəxt hadisələrdən) sığortası – sizin, ailə üzvlərinizin və yaxınlarınızın sağlamlamlığı ilə bağlı hər hansı gözlənilməz hadisələr nəticəsində yarana biləcək maddi xərclərin ödənilməsinə təminat verir.

Bu sığorta növü bədbəxt hadisə nəticəsində fiziki şəxslərin həyatı, əmək qabiliyyəti və səhhətinin itirilməsi risklərinə təminat verir. Bədbəxt hadisə dedikdə, sığorta təminatının qüvvədə olduğu müddət ərzində Sığorta olunanın iradəsindən asılı olmayan, onun həyatına və sağlamlığına zərər vuran qəfil, öncədən gözlənilməyən xarici faktorların (fiziki, kimyəvi, texniki və s.) təsadüfi təsiri, o cümlədən Sığorta olunanın sərnişin kimi hərəkət etdiyi yerüstü, su və hava nəqliyyatı vasitəsinin qəzaya uğraması nəzərdə tutulur.