x

Onlayn odəniş

İCBARİ SIĞORTA BÜROSU

Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası

Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası

Nəqliyyat vasitələrinin sığortası şəxsi nəqliyyat vasitələrinin sahiblərinin yollarda gözlənilməz hadisələr nəticəsində üzləşə biləcəyi bir çox zərərləri minimuma endirir. Haqqında hər gün məlumat aldığımız qəzalar müxtəlif səbəblərdən (sürücünün təqsiri, əlverişli olmayan hava şəraiti və s.) baş verir. Lakin, hər bir halda nəticə eynidir – maddi zərər. Nəqliyyat vasitəsinin sahibi avtomobilini təmir etmək, təqsiri olduğu halda qəza nəticəsində ziyan çəkmiş digər avtomobilin də təmir xərclərini ödəmək məcburiyyətində qalır. Digər hadisələrə də rast gəlmək olar: nəqliyyat vasitəsinin üzərinə düşmüş ağac, 3-cü şəxslərin qanunazidd hərəkətləri və s.

Bu kimi hadisələr üzrə Sığortalı tərəfindən çəkiləcək xərcləri minimuma endirmək məqsədilə “İpək Yolu Sığorta” ASC fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortasını təklif edir və bu növ üzrə aşağıdakı risklərə təminat verir:

a) yanğın, partlayış, ildırım vurması və onların nəticələrinin aradan qaldırılması, yol-nəqliyyat hadisəsi, bütün təbii fəlakətlər, ağacların/daşların və digər predmetlərin dəyməsi/düşməsi, üçüncü şəxslərin qərəzli və qanuna zidd olan hərəkətləri, oğurluq, qaçırma, soyğunçuluq, quldurluq və bunlarla məhdudlaşmamaq şərti ilə, istisna olunan hallardan başqa, sığortalanmış avtonəqliyyat vasitəsinə zərər dəyməklə nəticələnən qəflətən və gözlənilmədən baş vermiş bütün hadisələrə;

b) sürücü və sərnişinlərə sığortalanmış avtonəqliyyat vasitəsində oturarkan, hərəkət edərkən, yaxud həmin avtonəqliyyat vasitəsinə minərkən və ya ondan düşərkən sığorta təminatına alınmış risklərin baş verməsi nəticəsində aldığı bədən xəsarətlərinə;

c) sığorta müddəti ərzində və razılaşdırılmış sığorta məbləği çərçivəsində, sığortalanmış avtonəqliyyat vasitəsinin istifadə olunması nəticəsində üçüncü şəxslərin və sərnişinlərin həyatına, sağlamlığına və/və ya əmlakına zərər dəyməsinə görə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinə.