x

Onlayn odəniş

İCBARİ SIĞORTA BÜROSU

Keyfiyyət siyasəti

Keyfiyyət siyasəti

KEYFİYYƏT SİYASƏTİ

“İpək Yolu Sığorta” ASC-nin peşəkar heyəti öz professionallığına əsaslanaraq, güvənlik və yüksək keyfiyyətli xidmət göstərərək müxtəlif istiqamətlərdə unikal sığorta həlləri təklif edir. 

1. ÜMUMİ MÜDDƏALAR.

Müştərilərimiz hər zaman bizim onlara təqdim etdiyimiz məhsulların və həmçinin, sığorta hadisələri baş verdiyi hallarda kompensasiya ödənişlərinin operativ qaydada və ən yüksək səviyyədə tənzimlədiyimizə əsaslanaraq bizə qiymət verəcək. “İpək Yolu Sığorta” ASC hər zaman qoyduğu standartlara riayət edir. 

“İpək Yolu Sığorta” ASC-yə 11 fevral 2011-ci il tarixdə “Bureau Veritas” şirkəti tərəfindən AZ0526 saylı ISO 9001:2008 keyfiyyət standartı sertifikatı verilmişdir. Sözügedən sertifikat 2014-cü ildə yenilənmişdir. 

20 may 2019-cu il tarixdə “İpək Yolu Sığorta” ASC-yə “Bureau Veritas” şirkəti tərəfindən AZ1250 saylı ISO 9001:2015 yeni keyfiyyət standartı sertifikatı verilmişdir.

Bu siyasətin təsdiqlənmə tarixinə ISO 9001:2015 keyfiyyət standartı sertifikatının yenilənməsi üçün “İpək Yolu Sığorta” ASC tərəfindən “Societe Generale de Surveillance Azeri LTD” MMC şirkəti ilə müvafiq işlər aparılır. 

2. KEYFİYYƏT. 

“İpək Yolu Sığorta” ASC yerli qanunvericiliyə uyğun olaraq sığorta xidmətləri göstərir.

Aviasiya sığortası üzrə ixtisaslaşmış şirkətdə digər sığorta növləri mütəmadi olaraq inkişaf etdirilir və tətbiq olunur. Şirkət öz müştərilərinə geniş miqyaslı, o cümlədən, bütün növ aviasiya sığortası, əmlak, avtomobil, yük, məsuliyyət, tikinti, fərdi qəza, elektron cihaz, montaj və sair növlər üzrə peşəkar sığorta xidməti göstərir. “İpək Yolu Sığorta” ASC respublikada ilk dəfə olaraq aviasiya sığortası üzrə bir sıra lisenziya növlərinin yaradılmasının təşəbbüsçüsü kimi çıxış etmişdir.

“İpək Yolu Sığorta” ASC-nin fəaliyyəti daimi lider olmağa, şirkətin nüfüzunu qoruyub saxlamağa, müştərilərin məmnunluğunu təmin etməyə və peşəkar işçi qüvvəsi ilə keyfiyyətli xidmətlər göstərməyə yönəlmişdir. Sığorta bazarında aparıcı mövqelərə nail olmaq üçün effektiv biznes modelinin qurulması üzərində daima olaraq işlər görülür. İnkişaf, yeni imkanların axtarışı, qərarların qəbuletmə sisteminin inkişafı və risklərin düzgün idarə edilməsi şirkətin yüksək prioritetli məsələlərindəndir.

 “İpək Yolu Sığorta” ASC tərəfindən risklərin idarə edilməsinin davamlı olaraq təkmilləşdirilməsinə dair daima olaraq zəruri işlər aparılır. Həmçinin, şirkət hər zaman yüksək etik normalar əsasında çalışır.

 İcbari və könüllü sığorta növləri üzrə sığorta bazarında baş verən trendləri nəzərə almaqla mütəmadi biznes həllər hazırlanır və icra yetirilir.

Respublikamızda iqtisadi inkişaf tempini, cəmiyyət arasında sığorta mədəniyyətinin inkişafını və sığorta bazarında mövcud olan rəqabəti nəzərə alaraq, malik olduğumuz  kadr və texniki potensialın gücləndirilməsi və təklif etdiyimiz geniş sığorta xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzərində daima işlər gedir. 

Əhalinin sığorta ilə bağlı maraqlı olan gözləntilərin və bu istiqamətdə qaynaqlanan sosial-iqtisadi vəziyyətin müdafiəsinə təminat vermək üçün müvafiq işlər aparılır.

Keyfiyyət menecment sisteminin daimi təkmilləşməsini təmin etmək məqsədilə kadrlar heyətini davamlı olaraq maarifləndiririk, peşəkarlığını artırmaq istiqamətində bütün vasitə və imkanlardan istifadə edilir.

3. ƏMƏKDAŞLIQ.

“İpək Yolu Sığorta” ASC sığorta bazarında aparıcı və etibarlı sığorta şirkətlərindən biri kimi reputasiyaya malikdir. Cəmiyyətin davamlı inkişafı və sığorta xidmətləri bazarında öz rəqabət-qabiliyyətlilik səviyyəsinin yüksəldilməsi məqsədlərinə çatmağa təsir edən xarici və daxili amilləri müəyyən edir. 

Bir çox hallarda Cəmiyyətin müştəriləri əməkdaşlıq edərkən bazardakı gözləntiləri Cəmiyyət tərəfindən artıqlaması ilə üstələməsinin şahidi olurlar. 

Əməkdaşlıq və şəffav münasibət sağlam iş mühiti yaradır və daha yüksək zirvələrin fəhd edilməsinə zəmin yaradır.