x

Onlayn odəniş

İCBARİ SIĞORTA BÜROSU

İnkişaf siyasəti

İnkişaf siyasəti

İNKİŞAF SİYASƏTİ

1. ÜMUMİ MÜDDƏALAR.

1.1. Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”-nin müddəalarına və Cəmiyyətin Nizamnaməsinin 9-cu maddəsinin 3.2-ci bəndinə əsaslanaraq, qarşıya qoyulan hədəflərə çatmaq məqsədilə, “İpək Yolu Sığorta” ASC öz cari fəaliyyəti zamanı aşağıdakıları əsas götürür:

- Azərbaycan Respublikasının qanunvericilik aktları, nəzarət orqanlarının normativ-hüquqi sənədləri və öz Nizamnaməsi ilə müəyyən olunmuş tələblərə riayət etmək;

- Sığorta şəhadətnamələrinin satışını genişləndirmək, sığorta haqları yığımının artırılmasını, maliyyə göstəricilərinin yaxşılaşdırılmasını və maliyyə dayanıqlığının artırılmasını təmin etmək;

- Təqdim etdiyi sığorta məhsullarının və xidmətlərin yüksək keyfiyyətli olmasına nəzarət etmək;

- Əmək kollektivi üçün sağlam iş şəraiti yaratmaq, əməkdaşların peşəkarlığının daim artırılması istiqamətində tədbirlər görmək, müvafiq təlimlərin keçirilməsini təşkil etmək; 

- Aktivlərin, məlumatların və məxfiliyin qorunması məqsədilə, istifadə olunan texniki vəsaitlərin, proqram təminatlarının, mühafizə sistemlərinin fasiləsiz və keyfiyyətli işləməsini təmin etmək;

- Dövlət büdcəsi qarşısındakı öhdəliklərini vaxtlı-vaxtında və qanunvericiliyin tələblərinə müvafiq qaydada yerinə yetirmək;

- Cəmiyyətin nüfuzunu qoruyub saxlamaq, iqtisadi maraqlardan əlavə, sosial, ictimai və ekoloji maraqların qorunmasını təmin etmək. Etik normaları və biznesin aparılması qaydalarına riayət etmək;

- Maddi və insan resurslarının planlanması və səmərəli istifadəsini təmin etmək;

- Çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı tədbirləri həyata keçirmək;

- Müştərilərə risklərin idarə olunması və mövcud sığorta təminatının yaxşılaşdırılması ilə əlaqədar tövsiyələr verilməklə müştəri qarşısında məsləhətçi-konsaltinq tərəfdaş kimi çıxış etmək;

- Müştəri məlumatlarının və sığorta sirri hesab edilən məlumatların qorunmasını təmin etmək;

- Şirkətin maliyyə göstəricilərini yaxşılaşdırmaq, gəlirləri və bütün xərcləri nəzarət altında saxlamaq, vəsaitləri səmərəli istifadə etmək;

2. HƏDƏFLƏRİMİZ.

2.1. “İpək Yolu Sığorta” ASC-nin hədəfləri aşağıdakılardan ibarətdir:

- Sığorta bazarında müştəri məmnuniyyətini və bazar payını artırmaq;

- Mövcud sığorta növlərinin / məhsullarının beynəlxalq praktikada tətbiq edilən yeniliklərə uyğunlaşdırmaq;

- Cəmiyyətin investisiya gəlirliliyini artırmaq;

- İdarəetmə xərclərinin optimallaşdırılmasını təmin etmək;

- Baş vermiş sığorta hadisələrində əlavə xərclərin minimallaşdırmaq;

- Müasir texnologiyaların və yeniliklərin tətbiqini təmin etmək;

- Müştəri məmnuniyyətini təmin etmək və daima təkmilləşdirmək. Müştərilərlə və tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq əlaqələrini qarşılıqlı inam, şəffaflıq və dürüstlük prinsiplərinə əsasən qurmaq və inkişaf etdirmək.