Sığorta haqqında ümumi məlumat
Sığorta - məqsədli pul vəsaitləri fondlarının yaradılmasının və bu vəsaitlərin gözlənilməz hadisələr (risklər) nəticəsində baş verən zərərlərin ödənilməsi üçün istifadə olunmasının forma və metodlarını özündə cəmləşdirən iqtisadi münasibətlər sistemidir. Sığorta sığortalıların əmlakı və əmlak mənafeləri ilə bağlı zərərlərin, o cümlədən, onların həyat və sağlamlığına vurulan zərərlərin ödənilməsindən, habelə üçüncü şəxslərin, onların əmlakına və əmlak mənafelərinə vurulan zərərlərlə əlaqədar sığortalılara qarşı irəli sürdükləri iddiaların təmin edilməsindən ibarət olan bir sistemdir. Sığorta bazar iqtisadiyyatının ən vacib atributudur. Sığorta çoxların ödədikləri sığorta haqlarının, azların düşdüyü zərərlərin bərpasına yönəldilməsi mexanizmidir. Zərərlərin ödənilməsi sığorta təşkilatının (sığortaçının) sərəncamında olan ehtiyat fondunun vəsaitləri hesabına həyata keçirilir. Bu sığorta fondunun spesifik xüsusiyyəti ondan ibarətdir ki, həmin fond sığortada iştirak edən şəxslərin ödədiyi sığorta haqlarının hesabına yaradıldığı üçün yalnız həmin şəxslərin əmlakına və s. dəyən zərərin ödənilməsinə yönəldilir.
"İpək yolu sığorta" ASC-nin xidmətləri ilə saytın müvafiq bölmələrində tanış ola bilərsiniz:
Fərdi müştəri xidmətləri:
Korporativ müştəri xidmətləri:
Bank siğortası:
İcbari sığorta: