x

Onlayn odəniş

İCBARİ SIĞORTA BÜROSU

İpoteka predmeti olan əmlakın sığortası

İpoteka predmeti olan əmlakın sığortası

İpoteka predmeti olan əmlakın sığortası dedikdə bankda girova qoyulmuş daşınmaz əmlakın sığortası başa düşülür.

İpoteka predmeti olan əmlakın sığortası üzrə sığorta müqaviləsində göstərilmiş əmlak sığorta müddəti ərzində yanğın və/və ya ildırım vurması, partlayış, təyyarə və digər hava aparatlarının və ya onların hissələrinin düşməsi, zəlzələ, tufan və qasırğa, daşqın, sel basması, sığorta olunmuş binaların içində və ya qonşu binalarda yerləşən rezervuar və borulardan sızma və ya onların partlaması nəticəsində su basması, yerüstü nəqliyyat vasitlətinin dəyməsi, sığortalıya qarşı yönəldilmiş üçüncü şəxslərin qərəzli, qanuna zidd olan hərəkətləri, sındırmaqla oğurluq və ya oğurluğa cəhd, yer sürüşməsi, torpaq çökməsi və ya qalxması kimi risklərin nəticəsində itirilərsə, məhv olarsa və ya zədələnərsə Sığortaçı Sığortalıya həmin əmlakın zədələnməsi, itirilməsi və ya məhv olması anına olan bazar dəyərini və ya dəyən zərərin məbləğini odəyəcək və ya Sığortaçı öz mülahizəsinə əsasən bu əmlakı və ya onun bir hissəsini bərpa və ya eyni tipli əmlak ilə əvəz edəcək. Bu sığorta növü əsasında bağlanmış sığorta müqaviləsi ilə ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əmlak və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əmlak sığortalana bilər, o cümlədən:

  • sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əmlak kompleksi (müəssisələr);
  • binalar, tikililər, qurğular və qeyri-yaşayış sahələri;
  • yaşayış evləri, mənzillər, bağ evləri, digər yaşayış sahələri, həmçinin bir və ya bir neçə ayrıca otaqlardan ibarət olan yaşayış binalarının və mənzillərin hissələri.