x

Onlayn odəniş

İCBARİ SIĞORTA BÜROSU

Fiziki şəxslərə məxsus əmlakın sığortası

Fiziki şəxslərə məxsus əmlakın sığortası

Sizin daşınmaz əmlakınızın sığortası – rahatlığınızın və maliyyə dayanıqlığınızın təminatıdır.

Daşınmaz əmlak yanğın və/və ya ildırım vurması, partlayış, təyyarə və digər hava aparatlarının və ya onların hissələrinin düşməsi, zəlzələ, tufan və qasırğa, daşqın, sel basması, sığorta olunmuş binaların içində və ya qonşu binalarda yerləşən rezervuar və borulardan sızma və ya onların partlaması nəticəsində su basması, yerüstü nəqliyyat vasitələrinin dəyməsi, sığortalıya qarşı yönəldilmiş üçüncü şəxslərin qərəzli, qanuna zidd olan hərəkətləri, sındırmaqla oğurluq və ya oğurluğa cəhd, yer sürüşməsi, torpaq çökməsi və ya qalxması kimi risklərin nəticəsində itirilə, məhv ola və ya zədələnə bilər. Bu gözlənilməz hadisələr nəticəsində yarana biləcək xərcləri, məsələn, mənzilin təmiri, bərpa edilməsi və ya yeni mənzilin alınması xərclərinin təmin edilməsi məqsədilə "İpək Yolu Sığorta" ASC Fiziki şəxslərə məxsus olan əmlakın sığortasını təklif edir.