Məhsul haqqında qısa məlumat
Azərbaycan Respublikası sərhədlərindən kənara çıxdığınız zaman bədbəxt hadisələr və qəfil xəstəliklər nəticəsində səyahət sığortası. Sığorta hadisəsi sığorta müqaviləsində nəzərdə tutulmuş, Sığortaçının sığorta ödənişini vermək vəzifəsini yaradan baş vermiş qəfil və gözlənilməz hadisədir.
Sığorta riskləri və təminat
Sığorta risklərindən istisnalar
- 75 yaş və yuxarı olan şəxslərə bədbəxt hadisə nəticəsində yaranan müayinə, müalicə və tibbi daşınma xərclərinə təminat verilir. 75 yaş və yuxarı olan şəxslərə hər hansı qəfil xəstəliyin müayinəsi, müalicəsi və onunla bağlı olan tibbi daşınma xərclərinə təminat verilmir.
- Qeyd olunan ölkələrə təminat verilmir: Əfqanıstan, Qvineya, İraq, Konqo, Niger, Nigeriya, Şimali Koreya, Somali, Sudan, Cənubi Sudan, Çad, Mərkəzi Afrika Respublikası, Siriya, Libiya, Mali, Burundi, Yəmən.
- Şəhadətnamənin 15 əlavə dəhliz günləri ilə buraxılmasına baxmayaraq səyahət müddəti göstərilmiş müddətdən artıq olmayacaqdır. Sığorta hadisəsi zamanı Sizin səyahət üzrə məlumatlarınız pasportda göstərilən giriş və çıxıs tarixləri üzrə yoxlanılacaqdır. Sizin səyahət tarixləriniz dəyişdiyi və ya sığorta müddətindən artıq səyahət etdiyiz halda sığorta təminatının mövcud olmasına əmin olmaq məqsədi ilə bu barədə dərhal bizə məlumatın verilməsi vacibdir.
- Sığorta müqaviləsi bağlanan tarixə qədər məlum olan xəstəliklərin müalicəsi ilə bağlı xərclər əhatə olunmur.