x

Onlayn odəniş

İCBARİ SIĞORTA BÜROSU

XƏBƏRLƏR

Növbədənkənar ümumi yığıncağın çağırılması haqqında bildiriş
10.11.2023

Növbədənkənar ümumi yığıncağın çağırılması haqqında bildiriş

B İ L D İ R İ Ş

“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 15 dekabr 2023-cü il tarixdə, saat 10:00-da, Bakı şəhəri, Həsən Əliyev küçəsi 4/186 ünvanında keçiriləcəkdir.

Yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:

  1. “Sığorta fəaliyyəti haqqında” Qanuna dəyişikliklərin edilməsi ilə bağlı 06 iyul 2023-cü il tarixli 948-VIQD nömrəli Qanunun tələblərindən irəli gələn məsələlərin həlli;
  2. Cəmiyyətin Nizamnaməsinin yeni redaksiyada təsdiqi;
  3. Cəmiyyətin 2023-cü ildə maliyyə təsərrüfat fəaliyyətinin auditinin aparılması üçün müstəqil auditorun seçilməsi;
  4. Digər cari məsələlər.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallarla tanış olmaq üçün Cəmiyyətin baş ofisinə (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 4/186) müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir.

Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]