XƏBƏRLƏR
Növbəti ümumi yığıncağın çağırılması haqqında bildiriş
B İ L D İ R İ Ş
“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti elan edir ki, Səhmdarların növbəti Ümumi Yığıncağı 30 mart 2021-ci il tarixdə, saat 10:00-da keçiriləcəkdir.
Yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:
1. “İpək Yolu Sığorta” ASC-nin 2020-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və maliyyə hesabatlarının təsdiqlənməsi;
2. Mənfəətin bölüşdürülməsi ilə bağlı məsələlərin müzakirəsi;
3. Təftiş Komissiyasının üzvünün səlahiyyət müddətinin uzadılması;
4. Digər məsələlər.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva R. Ə. təyin edilmişir.
Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]