x

Onlayn odəniş

İCBARİ SIĞORTA BÜROSU

XƏBƏRLƏR

Səhmdarların növbəti Ümumi Yığıncağı haqqında bildiriş
19.02.2024

Səhmdarların növbəti Ümumi Yığıncağı haqqında bildiriş

“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbəti Ümumi Yığıncağı 27 mart 2024-cü il tarixdə, saat 10:00-da, Bakı şəhəri, Həsən Əliyev küçəsi 4/186 ünvanında keçiriləcəkdir.

Yığıncaqda müzakirə olunması nəzərdə tutulan məsələlər aşağıdakılardır:

  1. “İpək Yolu Sığorta” ASC-nin 2023-cü ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və maliyyə hesabatlarının təsdiqlənməsi;
  2. “İpək Yolu Sığorta” ASC-nin Təftiş Komissiyasının ləğv edilməsi və Audit Komitəsinin təsis edilməsi;
  3. Digər cari məsələlər.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallarla tanış olmaq üçün Cəmiyyətin baş ofisinə (ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 4/186) müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir.

Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]